Çində yaşayan qızın virusun yayıldığı şəhərdən çıxmama səbəbi dünya mətbuatında


Çində ölümcül koronavirusun yayıldığı Uhan şəhərində yaşayan 21 yaşlı qızın şəhəri tərk etməmə səbəbi dünya mətbuatına düşüb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Kanada vətəndaşı olan Kristina Şramko, pişiyinin təyyarəyə girişinə icazə verilmədiyi üçün Kanada hökumətinin təxliyyə proqramından imtina edib. Koronavirusun başlamasından səkkiz ay əvvəl Uhan şəhərinə yerləşən 21 yaşlı gənc qız Kitya adlı pişiyindən ayrı qala bilmədiyini bildirib.
O, eyni zamanda ən son evdən bir həftə əvvəl marketə getmək üçün çıxdığını və günlərini “Youtube” kanalına video yükləməklə, pişiyi ilə oynamaqla keçirdiyini qeyd edib: “Bacardıqca evdən çıxmamağa, çox az pulla keçinməyə çalışıram. Lakin insanlarla uzun müddət ünsiyyətdə olmamağım psixologiyama təsir edib. Deyilənlərə görə, karantin vəziyyəti aprel və may aylarına kimi davam edəcək”.
Qeyd edək ki, Hubey əyalətində 50 milyona yaxın insanın karantində olduğu deyilir.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top