Azərbaycanda 145 milyon manatlıq təbii qaz yoxa çıxıb - RƏSMİ MƏLUMAT


Yola saldğımız 2019-cu ildə Azərbaycanda 723,6 milyon kub metr əmtəəlik təbii qaz itkiyə gedib.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən təbii qazın həcmi 24,7% və ya 143,6 milyon kub metr artıb. Belə ki, 2018-ci il ərzində 580 milyon kub metr təbii qaz itkiyə gedib.
İtkiyə gedən əmtəəlik təbii qazın dəyərini daxili bazardakı qiymət ilə (limitdən - 2200 kub metrdən artıq olduqda 20 qəpik) hesablasaq, o zaman itkiyə gedən qazın dəyəri 144,7 milyon manata bərabər olacaq.
Məlumat üçün qeyd edək ki, SOCAR və "Azəriqaz"dan verilən açıqlamalarda ölkədə qaz itkisinin azaldılması istiqamətində tədbirlər həyata keçirildiyi dəfələrlə vurğulanıb. Amma açıqlanan sonuncu rəqəm göstərir ki, 2017-ci illə müqayisədə  2018-ci ildə azalnan qaz itkisi 2019-cu ildə yenidən artıb.
Müqayisə üçün son 5 ildə qeydə alınan qaz itkilərinin həcmini təqdim edirik:
Hesabat dövrü Ümumi
ehtiyatlar
İtki
2015 21,7 milyard kub metr 1 150 milyon kub metr
2016 21 milyard kub metr 798 milyon kub metr
2017 22 milyard kub metr 770 milyon kub metr
2018 23,2 milyard kub metr 580 milyon kub metr
2019 26,8 milyard kub metr 723,6 milyon kub metr

DİGƏR XƏBƏRLƏR

Top