"Bank Respublika"nın sahibinin 15 yaşlı oğlunun ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT

Bakıda 15 yaşlı oğlan anasının vurduğu iynədən sonra dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Yeniavaz.com-a verilən məlumata görə, 15 yaşlı oğlan anasının ev şəraitində vurduğu iynədən sonra anafilaktik şok keçirib:

"Təcili tibbi yardım briqadası çağırışa gedərkən, ananın uşağa antibiotik vurduğu məlum olub. Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb".

***13:04

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb.

Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra anaflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı demokrat.az saytı yayıb. 

DİGƏR XƏBƏRLƏR

Top