BMT İdliblə bağlı təhlükəli xəbərdarlıq etdi: "Epidemiyanın yayılması..."


BMT XXI əsrin ən böyük humanitar faciəsinin yaşandığı Suriyanın şimal-qərbində atəşkəsi təcili dayandırmağa çağırır.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib.
“Regionda güc tətbiqi dəhşətli səviyyəyə çatıb. Dekabr ayından bəri qarşıdurmalar və hücumlar səbəbi ilə əsasən, qadın və uşaqların olduğu 900 min dinc əhali öz yurd yuvalarından didərgin düşüb. Əgər güclü təsirə malik Təhlükəsizlik Şurasının üzvləri fərdi maraqların öhdəsindən gəlsələr və humanizmi başlıca prinsip seçsələr, 21-ci əsrin ən böyük humanitar faciəsindən qaçmaq mümkün olacaq”- deyə, M.Loukok bildirib.
Loukok eyni zamanda düşərgələrin dolması səbəbi ilə dinc sakinlərin küçələrdə yatdıqlarını və soyuqdan donaraq öldüklərini bildirib: "Analar uşaqları qızdırmaq üçün plastik əşyaları yandırırlar. Körpələr və balaca uşaqlar soyuqdan ölürlər. İdlibə vurulan zərbələr nəticəsində tibb müəssisələrinə, məscidlərə, evlərə, məktəblərə və bazarlara ciddi ziyan dəyib. Belə vəziyyətdə epidemiyanın yayılması qaçınılmazdır".
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top