Çin banklarına nağd pulları dezinfeksiya etmək əmr olundu


Çin bankları bundan sonra nağd pulları tədavülə buraxmazdan öncə onları dezinfeksiya etməlidir.

Bu barədə CNBC kanalında məlumat yayılıb.

Çin Dövlət şurası bundan sonra banklara viruslu pulları tədavüldən yığışdırmaq və onları ultrabənövşəyi və ya termoemal yolu ilə virusdan təmizləməyi tapşırıb. Həmin pullar 7-14 gün xüsusi yerdə saxlandıqdan sonra yenidən bazara geri qaytarılacaq.

Dövlət rəsmiləri yüksək risk daşıyan Hubey vilayətindən, habelə xəstəxana və bazarlardan gətirilən pulların ən ciddi şəkildə emal edilərək Çin Xalq bankında mühafizə olunacağını bildiriblər.

Son xəbərlərə görə, Çinin vilayətləri arasında pul köçürmələri də artıq dayandırılıb. Lakin İngiltərənin Lankaster universitetinin virusoloqu Məhəmməd Munir Çinin pul vasitələrini koronavirusdan təmizləməklə bağlı tədbirlərinin minimal effekt verəcəyini söyləyib.

Onun fikrincə, virusların pul banknotlarındakı ömrü hələ müəyyən edilməyib və onların izlərinin silinməsi asan məsələ deyil.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top