Bakıda yüksək vəzifəli məmurun tikinti şirkəti sakinləri aldadıb - VİDEO


Paytaxt sakinləri tikinti şirkətindən narazılıq edir.
Yeniavaz.com 
xəbər verir ki, Mövsüm Sənani 13/15 ünvanında yerləşən "Konstra" MTK tikinti şirkətindən 169 nəfər sakin şikayətçidir.

Sakinlər 2018-ci ildə bu şirkətdən mənzil alıblar. Əllərində ödəniş qəbzləri və maliyyə arayışları da var. Lakin bir müddət keçdikdən sonra MTK tərəfindən binada tikinti işləri dayandırılıb.
"Konstra" MTK tikinti şirkətinin rəhbəri Hesablama Palatasında Dövlət İnvestisiyalarının Auditi şöbəsinin müdiri Bəhram Abbasovdur. Şikayətçilərin qarşısına çıxmayan B.Abbasov ən sonda aldadılmış insanlarla danışıq üçün oğlunu göndərib.

Məsələ ilə bağlı Baku.tv-nin hazırladığı reportajı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top