Rus dilində imtahan verən abituriyentlər üçün qəbul qaydaları dəyişib


Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Yeniavaz.com xəbər verir ki, qaydalara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.
İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır.
 
İndiyə qədər imtahanın davametmə müddəti 45 dəqiqə olub. Dəyişikliyə əsasən, bu müddət 45 dəqiqədən 1 saat 30 dəqiqəyə qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top