Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?


Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.
DİM-dən Yeniavaz.com-a verilən məlumata görə, hazırda imtahan materiallarının emalı aparılır.
Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top