Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti 18 fevral səhər saatlarından etibarən qısamüddətlik məhdudlaşdırılacaq.

Yeniavaz.com xəbər verir ki, buna səbəb yolda aparılan təmir işləridir. 

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top