MSK 7 məntəqənin nəticələrini ləğv etdi - SİYAHI

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntqələrdə qanun pozuntularının olduğunu bildiriblər:

“Şikayətçilər 35 protokol təqdim ediblər. Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb.

İclasda həmin dairənin 7 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib".

Nəticələri etibarsız hesab edilən seçki məntəqələri bunlardır: 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçi məntəqəsi.

34 saylı Xətai ikinci seçki dairəsində ümumilikdə 36 seçki məntəqəsi var. Bu dairənin lider namizədi Mixail Zabelindir.

DİGƏR XƏBƏRLƏR

Top