“REAL” TV Ləman Ələşrəfqızının işinə SON VERDİ - SƏBƏB

“REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə o, “qafqazinfo”ya açıqlama verib. Bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib: “Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı.Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orda işləməyi istəmirik”. 

Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. 

DİGƏR XƏBƏRLƏR

Top