Küçədə dava düşdü, məsələyə Faiq Ağayev qarışdı - ANBAAN VİDEO


Xalq artisti Faiq Ağayev aparıcı-müğənni Murad Arifin "Popumuz var" verilişinin qonağı olub.
Yeniavaz.com
 xəbər verir ki, çəkiliş zamanı yolda iki gənc öz aralarında dava etməyə başlayıb. Bunu görən sənətçi dərhal müdaxilə etmək üçün avtomobildən düşərək gənclərin yanına gedib. Faiq Ağayevin müdaxiləsindən sonra gənclər davaya son qoyublar.  
"Dözmürəm mən belə şeylərə. Necə yəni, iki uşaq, burada da polis... İndi bunları misal üçün, bir siqaretə görə, bir xətalı, ehtiyatsız sözə görə... İçəri girənin psixologiyası dəyişir. Əksinə fikirləşsin ki, ondan yaşca böyük insan ona yaxınlaşıb "sakit ol", dedi. O, bəlkə özü də sabah haradasa dava görəndə eyni hərəkəti edəcək. Nümunə olmaq lazımdır" - deyə, Xalq artisti verilişdə bildirib.


İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top