Koronavirus səbəbilə ölənlərin sayı 2 minə yaxınlaşıb


Çində koronavirus səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Çində koronavirusdan ölənlərin sayı 1771-ə çatıb. Son məlumatlara görə, gün ərzində ölənlərin sayı əvvəlki günlərə nisbətdə azalsa da, xəstəliyin qarşısını tam almaq hələlik mümkün olmayıb. Ümumilikdə isə koronavirusa yoluxanların sayı 70 min 548 nəfərə çatıb. Çin hökuməti virusla mübarizə istiqamətində tədbirlərin artırıldığını bildirib. Verilən məlumatlarda Uhana qonşu Xiaoqan şəhərində də insanların küçəyə çıxması qadağan edilib. Qeyd edək ki, hazırda 25 dən çox ölkədə koronavirus daşıyıcısı var. Koronavirus səbəbilə Çin xaricindəki ölkələrdə ölənlərin sayının 4 olduğu bildirilib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top