Bakıda doqquzuncu mərtəbədə pəncərə silən qadın həyatını təhlükəyə atdı - VİDEO

Bakıda çoxmərtəbəli binada pəncərə şüşəsini silən qadın həyatını təhlükəyə atıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, yeni tikilinin 9-cu mərtəbəsində yaşanmış təhlükəli anları lentə alan "Report"un oxucusu həmin görüntüləri redaksiyamıza göndərib.

Görüntülərdən məlum olur ki, binada təmizlik işləri aparan qadın mənzillərdən birinin pəncərəsinin şüşəsini silən zaman heç bir təhlükəsizlik qaydalarına riayət etməyib.

Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top