Hansı ölkənin nə qədər nüvə silahı var? - SİYAHI


Dünyada 15 minə yaxın nüvə silahının olduğu təxmin edilir.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Stokolm Beynəxalq Sülh Araşdırmaları İnstitutu və Amerika Elm AdamlarıFederasiyasının verdiyi rəsmi açıqlamaya görə, dünyanın 9 ölkəsində nüvə silahı var. Siyahının başında Rusiya dayanır. Son məlumatlara görə, Rusiya 6 min 850 ədəd nüvə silahı ilə dünya ölkələri arasında liderliyi öz əlində saxlayır. Rusiya ilk nüvə sınağını 1949-cu ildə həyata keçirib. Putin bütün uzaq səfərlərində 11 kiloqram ağırlığında "Çeqet" adlı nüvə çantasını özü ilə aparır. İsətdiyi vaxt və istədiyi yerdə nüvə başlıqlarını aktiv hala gətirə bilir. Siyahının ikinci sırasında ABŞ dayanır. 6 min 450 ədəd nüvə silahı olduğu bildirilir. ABŞ prezidentinin Konqresdən icazə almadan nüvə silahlarını aktivləşdirmək hüququ var.
Rusiya - 6 min 850
ABŞ - 6 min 450
Fransa-300
Çin-250
İngiltərə - 225
Pakistan - 120
Hindistan-110
İsrail - 80 ədəd
Şimali Koreya - 20 ədəd

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top