Bakıda xəstəxanada səyyar satıcılar alver edir? - AÇIQLAMA

Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində səyyar satıcılar fəaliyyət göstərdiyi iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu oxu.az-a daxil olan şikayətdə bildirilib.
Belə ki, bir qadın xəstəxanada palatalara baş çəkərək, yaxşı yataq paltarı, xalat satdığını bildirir və xəstələrə təklif edir. 
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı açıqlamasında bildirib ki, iddia olunan məsələ ilə bağlı hazırda Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top