İSB-nin Himayəçilər Şurasının üzvləri dəyişdirildi


İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının üzvlərində dəyişiklik edilərək ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının üzvləri Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələri ilə əvəzlənib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, yeni üzvlər Vüsal Cavanşir oğlu Qurbanov və Tural Hicrət oğlu Feyzullayevdir.
Qeyd edək ki, hazırda İSB-nin Himayəçilər Şurası sədr Azər Allahverdi oğlu Əliyev, sədr müavini Ülviyyə Kərim qızı Cabbarova, üzv Mətanət Alim qızı Nərimanlı və iki nəfər AMB nümayəndəsindən ibarətdir.

DİGƏR XƏBƏRLƏR

Top