İranda daha bir güclü zəlzələ olub


Bu gün İranın cənubunda 5,7 maqnitudalı zəlzələ olub.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa- Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 12.30 radələrində baş verən zəlzələnin ocağı Bəndər-Abbas şəhərindən 48 km qərbdə, 47 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. 
 
***10.56
İranda Azərbaycanla sərhəddə yerləşən Ərdəbil əyalətində zəlzələ baş verib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 01:15-də Ərdəbil əyalətinin Səreyn bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. 

DİGƏR XƏBƏRLƏR

Top