Bakı polisindən MSK binasının qarşısındakı aksiya ilə bağlı AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının inzibati binasının önündə keçirilən aksiya ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.
Yeniavaz.com rəsmi məlumatı olduğu kimi təqdim edir:
"Bu gün, fevralın 16-da bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd etmişdir. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmış və onlar ərazidən kənarlaşdırılmışlar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmamış, saxlanılan və xəsarət alan olmamışdır".

***15:30
Bu dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının önündə seçki nəticələrinə etiraz aksiyası keçirilir.

Yeniavaz.com xəbər verir ki, parlament seçkilərində iştirak edən namizədlər və seçidə saxtakarlıqlara etiraz edənlər şüarlar səsləndirirlər.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top