DİN-dən İlqar Məmmədovun evinin qarşısında saxlanılması ilə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bu gün REAL sədri İlqar Məmmədovun evindən çıxarkən saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Partiya rəhbərinin saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Yeniavaz.com-a bildirdi ki, saxlanılan yoxdur: "Polis idarə və bölmələrinə heç kəs gətirilməyib. Ola bilsin ki, profilaktik tədbir kimi, kimlərsə ərazidən uzaqlaşdırılıblar. İctimai asayışı polis qoruyur, onlar polis tərəfindən ərazidən uzaqlaşdırılıblar. Amma bu o anlama gəlmir ki, onlar saxlanılıb. Belə bir hal varsa, deməli onları ərazidən uzaqlaşdırıblar".
DİN rəsmisi bildirdi ki, İlqar Məmmədovdan başqa 2-3 nəfər də ərazidən uzaqlaşdırılıblar.
"İlqar Məmmədov hal-hazırda haradadır?" sualına isə DİN sözcüsü belə cavab verdi: “Özü bilər haradadır. Onlar polis idarəsinə gətirilməyiblər”.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top