Sabah yağış yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti, Bakıda  gecə 3-5° isti, gündüz  8-10° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 775 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 80-90%, gündüz  60-70% olacaq. 

Yanvarın 17-də Azərbaycanın rayonlarında havanın arabir  yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 3° şaxtadan 2°-dək  isti, gündüz  5-10°  isti,  dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacaq.

DİGƏR XƏBƏRLƏR

Top