ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yerləşdiyi əraziyə bir neçə raket mərmisi atılıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın İraqdakı səfirliyinin yerləşdiyi əraziyə bir neçə raket düşüb. Həmin vaxt diplomatik nümayəndəlikdə həyəcan siqnalı işə salınıb.
“Al-Arabiya” telekanalının məlumatına görə, raketlər “yaşıl zona”ya düşüb. Əraziyə neçə raketin düşdüyü və hədəflərə dəyib-dəymədiyi dəqiqləşdirilmir.
“Reuters” isə bildirib ki, Bağdaddakı hərbi koalisiya qüvvələri raket hücumlarına məruz qalıb. Hücum zamanı tələfatın və ya dağıntının olub-olmaması barədə məlumat verilmir.