Erməni general parlamentə çağrıldı - Orduda intiharların sayı artıb


Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın parlamentə çağrılıb. 
Yeniavaz.com xəbər verir ki,  bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Ani Samsonyan məlumat verib. Ani Samsonyan deyib ki, fevralın 18-də parlamentdə Artak Davtyanın iştirakı ilə qapalı görüş olacaq. 
Yerli mətbuatın yazdığına görə, qapalı iclasda son zamanlar Ermənistan ordusunda artan intihar halları müzakirı olunacaq.
Qeyd edək ki, son zamanlar Dağlıq Qarabağdakı işğalçı ordunun əsgərləri arasında ölüm hallarının sayı sürətlə artmaqdadır. Son ay yarımda Ermənistan ordusu 13 hərbçi qulluqçusunu naməlum şəraitdə itirib. Təkcə son 3 gündə Ermənistan ordusunda 3 intihar hadisəsi qeydə alınıb

DİGƏR XƏBƏRLƏR

Top