Dostuna göndərəcəyi görüntüləri səhvən polisə yolladı - VİDEO

Türkiyənin Düzcə vilayətində bir şəxs dostuna göndərəcəyi videonu səhvən polisə göndərib.

A.Ç. məscidin qabağında avtomobili ilə “avtoşluq” edib.

Tanışı isə bunu videoya çəkib. Daha sonra o, videonu “WhatsApp” vasitəsilə dostları ilə yanaşı səhvən telefonunda nömrəsi qeyd olunan polis məmuruna da göndərib.

Görüntülərə əsasən avtomobilin nömrəsini müəyyən edən polis əməkdaşları sürücünü 6141 lirə (1727 AZN) cərimə ediblər.


oxu.az

 

DİGƏR XƏBƏRLƏR

Top