2-ci Dünya Müharibəsində ölən azərbaycanlının cəsədi 77 ildən sonra tapıldı - Qohumları axtarılır


Rusiyanın Smolensk vilayətində aparılan qazıntılar zamanı 2-ci Dünya Müharibəsi zamanı həlak olan  32 əsgərin cəsədlərinin qalıqları tapılıb.
Yeniavaz.com xəbər verir ki, cəsədi tapılan 26 əsgərin şəxsiyyətini müəyyən etmək mümkün olub.
Məlum olub ki, cəsədi tapılan əsgərlərdən biri  milliyətcə azərbaycanlı olan 1907-ci il təvəllüdlü Mirzəyev İbiş Rza oğludur. İbiş Mirzəyev Laçın rayonunun  Qarıqışlaq kəndində anadan olub.  Yefreytor  İbiş Mirzəyevin 1943-cü ilin sentyabr ayında öldüyü bildirilir. Məlumatda onun evli olduğu və həyat yoldaşının Anuş Mirzəyev olduğu qeyd olunub.   
Paylaşılan məlumatda həmçinin bildirilir ki,  cəsədləri tapılan əsgərlər barədə  ətraflı məlumat almaq üçün  +7 (904) 361 14 71 telefon nömrəsi, ya da "[email protected]"  e-mail ünvanı vasitəsilə Aleksandr Semyonov adlı şəxslə əlaqə saxlamaq olar.

A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top