Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Pakistan parlament asamblenasındakı irəli sürdüyü təklifi Hindistan geri çevirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın baş nazirinin sözcüsü Qopal Baqlay, R. T. Ərdoğanın təklifinin geri çevrilməsi ilə bağlı açıqlama verib: “ Biz terror və Kəşmir mövzusunda münasibətimizi Türkiyə tərəfinə bildirdik. Terrorla bağlı rəftarımızın dəyişməsinə heç bir səbəb ola bilməz. Kəşmirdə olanları terror adlandırırıq və təklifi geri çeviririk”.
Qeyd edək ki, Ərdoğan Pakistan parlamentində Hindistanla Pakistanın Kəşmir məsləsini ədalət, sülh və danışıqlıqlar yolu ilə həll etməsini təklif edib.
Firəngiz Quliyeva