Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən daxil olan şikayətlərə baxılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə MSK üzvü Validə Kazımova MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
V. Kazımova bildirib ki, araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib.
MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələri qüvvədə qalması ilə qərar qəbul edib.
Bu darədən lider namizəd Rəşad Mahmudovdur.