Bu da 1500-dən çox insanın ölümünə səbəb olan koronavirusun FOTOLARI


ABŞ Yoluxucu Xəstəliklər İnstitutu (NIAID), Çinin Hubey bölgəsindəki Uhan şəhərində meydana gələn koronavirusun (Covid-19) mikroskop altındakı görüntüsünü müəyyən edib.
Yeniavaz.com
xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Səhiyyə və İnsan Resursları Departamentinin  nəzdindəki institutlardan biri olan NIAID 2019-nCoV olaraq bilinən koronavirusun fotoşəkilini yayımlayıb. İnstitutun Hamiltondakı laboratoriyasında,  elektron mikroskoplarda koronavirusun görüntüləri müəyyən edilib. Görüntülər nəticəsində koronavirusun tac formalı olması məlum olub.
Qeyd edək ki, hazırda koronavirusa yoluxanların sayı 66.492-ə, ölənlərin sayı isə 1524-ə çatıb.





Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top