DİN-dən sabahkı mitinqlə bağlı AÇIQLAMA


Daxili İşlər Nazirliyi Müsavat və REAL partiyaları, “D18” hərəkatı və daha bir neçə müstəqil namizədin sabah seçkilərin nəticəsinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında aksiya təyin etmələrinə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında razılaşdırılmamış aksiyanın qarşısının alınacağını bildirib: “Onlar mitinq keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Orada onların müraciətinə baxılmış və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verilmişdir. Bundan başqa, dünən mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilmiş və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu bir daha onların nəzərinə çatdırılmışdır. Ona görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Onu da vurğulayım ki, belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək”.

DİGƏR XƏBƏRLƏR

Top