İlqar Məmmədov mitinqin yerini və vaxtını AÇIQLADI


"Sabah - fevralın 16-da, bazar günü saat 15:00-da haqqı pozulan bütün seçicilər, müşahidəçilər, namizədlər MSK-nın qarşısında dinc və demokratik mitinqə gəlsin".
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib. 
İlqar Məmmədov qeyd edib ki, bu hər hansı partiyanın, təşkilatın ya da şəxsin aksiyası deyil: "Səsi və haqqı oğurlanmış hər kəsin mitinqidir! Hamı təşkilatçıdır, hamı işirakçıdır. Ətrafınızda olan seçki haqqı pozulan bütün vətəndaşları mitinqə gətirin. Çox olaq, dövlət və dünya səsimizi eşitsin, pozuntu olan bütün dairələrin nəticələri ləğv edilsin. İl yarım əvvəl mən həbsdən çıxanda soruşurdunuz ki, mitinqə haçan çıxırıq. Onda da dedim ki, seçki saxta keçsə. İndi də deyirəm: sabah!
Kimsə sonra deyinməsin, ağlamasın, zarafatla ört-basdır etməsin ki, ah, səsimizi oğurladılar. Dinc, qanuni və qətiyyətli etiraz edək!
Mitinqin dincliyini gözdən salmaq istəyən mülki geyimli hər bir şəxs təxribatçıdır və öyrədilmiş agentdir. Onlardan uzaq olun, etirazımızın dincliyini kimsə gözdən sala bilməməlidir! Polisin mümkün təxribatına da uymayın. Konstitusiya və qanunlar bizim tərəfdədir. Onları pozanlar tarixin pis qəhrəmanlarıdır. Saxta seçkidən sonra sərbəst fikrini uca səslə ifadə edən dinc etirazçıdan haqlı tərəf yoxdur!"

DİGƏR XƏBƏRLƏR

Top