Vilayət Eyvazovdan yeni təyinat: Baş mühəndis rəis oldu - ƏMR

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və texniki təminat şöbəsinin baş mühəndisi, polis polkovnik-leytenantı Samir Əhmədov həmin şöbənin rəisi təyin edilib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top