Senat İrana görə Trampa qoyulan məhdudiyyəti təsdiqlədi


ABŞ senatı, Donald Trampın İrana qarşı hərbi əməliyyat təşkil etmə səlahiyyətinə məhdudiyyət qoyulması ilə bağlı qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Senatın Baş Assambleyasında keçirilən səsvermədə 55 senator qanun layihəsinə "bəli", 45 senator isə "xeyr" deyib. Qəbul edilən qanuna əsasən, Amerika İrana qarşı hərbi variantdan istifadə edərsə Tramp bunun üçün ABŞ Konqresinə müraciət etməli olacaq. Həmçinin qanun, D.Trampdan İran tərəfindən heç bir təhdid olmadığı müddətdə, hərbi varianta əl atmamağı tələb edir.
ABŞ prezidenti D.Tramp ın qanun layihəsini veto edəcəyi ehtimal edilir. O, öz növbəsində  qoyulan məhdudiyyətlə bağlı  bu fikirləri səsləndirib: “İranla bağlı yaxşı işlər görmüşük və indi zəiflik göstərməyin zamanı deyil. Amerika xalqı İranlı Qasım Süleymaninin öldürülməsinə dəstək verdi, amma belə bir vaxtda, mənim əlim-qolum bağlansaydı, İran bayram edəcəkdi”.
Qeyd edək ki, təsdiq edilən qanunun qüvvəyə minməsi  üçün, qanun yenidən Nümayəndələr palatası tərəfindən təsdiqlənməli və D.Tramp tərəfindən imzalanmalıdır.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top