Koronavirus 39 il əvvəl təxmin edildi


ABŞ yazıçısı Din Kunçun 1981-ci ildə dərc etdiyi “The Eyes of Darkness”(Qaranlığın Gözləri) kitabında koronavirusu əvvəldən təxmin etdiyi məlum olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, fantastik üslubda yazılan roman müharibə dövründə bioloji silah olaraq yeni virus istehsal edən Çin ordusunun laboratoriyasından bəhs edir. Virusu hazırlayan laboratoriya isə koronavirusunun ortaya çıxdığı, Çinin Uhan şəhərində yerləşir. “The Eyes of Darkness” kitabında yeni virus “Uhan-400” adlanır. Sözügedən virus mükəmməl silah olaraq xarakterizə olunub, çünki  bu virusa yalnız insanlar yoluxur.
Qeyd edək ki,  kitabın yazıçısı D.Kunç 80-dən çox roman və 74 hekayənin müəllifidir.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top