Antarktidada havanın temperaturu rekord qırdı - DƏHŞƏTLİ GÖSTƏRİCİ


Antarktidada qitəsində havanının istiliyi ilk dəfə 20,75 dərəcəyə yüksələrək rekord qırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 9-da Seymur adasında qeydə alınan temperatur, Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən hələ təsdiq olunmasa da, digər göstəricilər qitədəki temperaturunun artdığını göstərir. Sözügedən məsələ, qlobal istiləşmə ilə bağlı narahatlıq doğurur. Belə ki, bu, indiyə qədər materikdə ölçülən ən isti temperatur hesab olunur. Bundan əvvəl  Antarktidada ən isti temperatur 1982-ci ilin  yanvar ayında Siqni adasında müşahidə olunub. Bu zaman temperatur 19, 8 dərəcə olub. 3 gündən bir qitənin tempraturunu ölçən elm adamları, son ölçülərin inanılmaz və anormal olduğunu bildirib.
Alimlərin fikrincə, atmosferdəki iqlim dəyişikliyi okeanlara, okean axıntıları isə qütblərdəki donmuş torpaq parçalarına təsir edə bilər.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top