Xaricdən gətirilən insan tükünün qiyməti dəfələrlə ucuzlaşıb - RƏQƏMLƏR


Yola saldığımız 2019-cu ildə Azərbaycana xaricdən 2 min 400 kiloqram insan saçından pariklər, şinyonlar gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, insan saçından hazırlanan pariklər, şinyonların idxalı 2018-ci illə müqayisədə kəskin artıb. Belə ki, 2018-ci ildə ölkəyə cəmi 32,7 kiloqram insan saçından pariklər, şinyonlar idxal olunub. Rəqəmlərdən də göründüyü kimi idxal olunan insan saçından pariklər və şinyonların miqdarı 75 dəfə artıb.  
Xaricdən gətirilən insan saçından olan pariklərin dəyəri 5,6 dəfə aşağı düşüb. 2018-ci ildə xaricdən gətirilən insan saçından pariklərin 1 kiloqramı 113 dollar (192 manat) olduğu halda, 2019-cu ildə bu göstərici 20 dollar (33 manat) təşkil edib.
Bundan başqa insan tükləri və parik hazırlamaq üçün sair materialların idxalı artıb. İdxal olunan insan tükünün miqdarı 3 dəfə artıb. 2018-ci ildə 21,7 kiloqram insan tükü idxal olunduğu halda, 2019-cu ildə bu göstərici 65,8 kiloqram olub.
İdxal olunan insan tükünün dəyəri isə dəfələrlə aşağı düşüb. Əgər 2018-ci ildə xaricdən gətirilən insan tükünün 1 kiloqramı 190 dollar (323 manat) olubsa, ötən il bu göstərici 20 dollar (33 manat) təşkil edib.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top