Məzahir Pənahov: “Ona çatdırın ki, mən onu axtarıram”


“Məntəqələrdə çəkiliş aparıb-aparmamaq Seçki Məcəlləsində tənzimlənməyib”

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
MSK sədri bildirib ki, əgər hardasa qanunvericiliyə uyğun çəkilişə icazə varsa, o zaman icazə verilməlidir: “Seçki məntəqələrində müşahidəçinin hər hansı pozuntunu qeyd edib imzalatmaq hüququ var.
Bizim binamızın qabağına o gün namizədlər toplaşmışdı. 6 saat onlara şərait yaratdıq. Keçməyən namizəd etiraz etməlidir də. Seçkilərdə qazanan namizədin etiraz etməsi təəccüblü olardı”.
M.Pənahov bildirib ki, MSK üzvləri pozuntularla bağlı şikayətləri sosial şəbəkədən izləyiblər: "Hayla-küylə vaxt itirmək olmaz. Onlar yəqin sifarişi yerinə yetirir. Bizim fəaliyyətimizə şübhə salan “BBC” müxbiri var idi. Ona çatdırın ki, mən onu axtarıram”. “BBC” rəhbərinin nəzərinə çatdırıram ki, o müxbir sizi gözdən salır. O bizi qorxudurdu. Ancaq mən bu gün onu görmürəm. Pozuntuları ortaya qoyanlar MSK-nın pozuntularla bağlı qərarlarını işıqlandırmır”.
Biz onsuz da həmin şikayətləri sosial şəbəkədə görürük. Bütün ölkə boyu nə pozuntu varsa, hamısı sosial şəbəkədə olanlardır. Biz namizədlərdən gələn müraciətlərə gözümüzü yumsaq, heç 2-3 faiz müraciət keçməz. Çünki onların hamısı sosial şəbəkədə yayılıb".

DİGƏR XƏBƏRLƏR

Top