MSK Hüseynbala Mirələmova da “YOX” dedi - Rəqibi Fuad Abbasov idi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə daxil olan şikayətlərə baxılıb. 

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, iclasda bildirilib ki, araşdırma nəticəsində həmin dairədə ciddi qanun pozuntularının olduğu aşkarlanıb. 

Qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci Seçki Dairəsinin nəticələri ləğv edilsin. 

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hüseynbala Mirələmov idi. 
Xatırladaq ki, həmin dairədə H.Mirələmovun əsas rəqibi Fuad Abbasov olub.

DİGƏR XƏBƏRLƏR

Top