Seçkilərdə qanun pozuntularına yol verən şəxsləri hansı cəzalar gözləyir?


Ötən gün Kürdəmir rayonunda yeni “ASAN xidmət” mərkəzinin açılışında çıxış edən ölkə prezidenti İlham Əliyev fevral ayının 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntularına yol vermiş şəxslərin cəzalandırılacağını bildirib.
Qeyd edək ki, seçkilərin keçirildiyi gündən etibarən istər seçicilər, istərsə də namizədlər tərəfindən baş vermiş qanun pozuntularını əks etdirən onlarla foto və videolar sosial şəbəkələrə yerləşdirilib və yerləşdirilməkdə davam edir. Artıq 111 saylı Zaqatala seçki dairəsində iki məntəqədə, 123 saylı Kəlbəcər seçki dairəsində isə bir məntəqədə belə halar aşkarlanaraq həmin məntəqələrin nəticələri DSK sədrləri tərəfindən ləğv edilib.
Bəs görəsən, seçkilər zamanı belə qanun pozuntularına yol vermiş şəxsləri hansı cəzalar gözləyir?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli seçkilərdə saxtakarlığa yol verən şəxləri Azərbaycan Respublikasının Qanunvericiliyə əsasən 3 ilədək həbs cəzasının gözlədiyini bildirib:
“Seçki saxtakarlığı ilə bağlı cinayət məcəlləsində 4 maddə var. Bunlar seçkilərə kənar müdaxilələr və seçkini idarə edənlərin özlərinin bu prosesə göz yumması və ya birbaşa iştirak etməsi məsələsdir. Təbii ki, buna görə də fərqli cəzalar nəzərdə tutlur. Maksimum 2 ilə qədər, bəzi hallarda isə 3 ilə qədər həbs cəzası, ictimai işlərə cəlb etmə kimi məhdudiyyətlər də var”.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top