Dövlət Neft Fondu qoz alır


Azərbaycan Respublikası Dövlət Neft Fondu  (ARDNF) ərzaq məhsullarının satın alınması ilə bağlı tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsində iştirak etmək istəyənlər mart ayının 5-nə kimi sənədlərini təqdim edə bilərlər.
Qeyd edək ki, Dövlət Neft Fondunun satın almaq istədiyi ərzaq məhsullarının tam siyahısı aşağıdakı kimidir:
       
Peçenye Müxtəlif formalarda, xüsusi dəmir qablaşdırmada və ən az 6 ay istifadə müddəti olmaqla 100 qutu
Şokolad Qarışıq 100 kq
Su Sirab-19 litr 50 ədəd
Sirab-plastik Qazlı-0.5 litr 1500 ədəd
Sirab-plastik Qazsız-0.5 litr 3500 ədəd
Sirab-premium Qazlı-0.33 litr 1000 ədəd
Sirab-premium Qazsız-0.33 litr 1000 ədəd
Fındıq Fındıq 12 kq
Süd Süd 100 litr
Qəhvə Üyüdülmüş 50 kq
Qəhvə Dənli 20 kq
Qənd-bükmə AzərŞəkər-500 qram 20 paçka
Qənd-parça AzərŞəkər-850 qram 15 paçka
Çay-yaşıl Lipton-100 paket 20 paçka
Çay-qara Lipton-100 paket 20 paçka
Çay-yaşıl Tess-100 qram 10 paçka
Çay-qara Tess-200 qram 100 paçka
Badam Badam 12 kq
Kişmiş Kişmiş 12 kq
Brazilya qozu Brazilya qozu 12 kq
Kəklikotu Kəklikotu 5 kq
Şokolad Ferrero Rocher-300 qram 40 qutu
Qoz Qoz 12 kq
 
Məlumat üçün onu da bildirək ki, Dövlət Neft Fondunun satın almaq istədiyi Braziliya qozu iri qoz növlərindən biridir. Braziliya qozu bərk və oval formada olur. Onun meyvələri 10-15 sm uzunluğunda və 1-2 kq çəkiyə malik olan sərt qabığın içərisində yerləşirlər. Qabığın içərisində isə 8-24 ədədə yaxın ləpə yerləşir. İlk dəfə braziliya qozunu XVI əsrdə ispan və portuqal araşdırmaçıları tapmışdır. Braziliya qozu Braziliyada, Boliviyada, Venesuelada, Kolumbiyada, Peruda, Şri-Lankada, Trinidad və Tobaqoda  yabanı halda bitir. Braziliya qozunun xüsusi olaraq yetişdirilməsi ilə məşğul olan ölkə və ya plantasiyalar yoxdur. Ağacın ilk barı əkildikdən 12 il sonra yetişir. Bir il ərzində 1 ağacdan 200 kq-a yaxın məhsul toplamaq olur.

DİGƏR XƏBƏRLƏR

Top