"Bakı Zooparkı" heyvanlar üçün böyrək, quyruq və ürək almaq istəyir


Bakı şəhər Heyvanat Parkı ("Bakı Zooparkı") heyvanların yemlənməsi məqsədilə tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsində iştirak etmək istəyənlər mart ayının 13-nə kimi sənədlərini təqdim edə bilərlər.
Qeyd edək ki, "Bakı Zooparkı" heyvanlar üçün 37 000 kilorqam mal əti, 10 000 kiloqram böyrək, qursaq, quyruq, qarın, həmçinin 175 kiloqram mal ürəyi satın almaq niyyətindədir.
Məlumat üçün onu da bildirək ki, bir qədər əvvəl "Bakı Zooparkı" burada saxlanılan heyvanları yemləmək üçün fərdi sahibkar Məhi Məhiş oğlu Hüseynov (VÖEN-1803912792) ilə müqavilə imzalayıb.
Məhi Hüseynov "Bakı Zooparkı"ndan aldığı 157 min 421 manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcək:
  Məhsulun adı Miqdarı
1 Ət (mal) 20 ton
2 Toyuq (bütöv, hissələr) 10 ton
3 İçalat (toyuq) 5 ton
4 Balıq (dondurulmuş) 2,5 ton
5 Qarğıdalı (bütöv) 300 kq
6 Darı (dənli bitkilər) 1,5 ton
7 Buğda (dənli bitkilər) 1,6 ton
8 Arpa (dənli bitkilər) 700 kq
9 Vələmir (dənli bitkilər) 6,5 ton
10 Ot kipi (quru ot) 40 ton
11 Kəpək (dənlilərin qabığı) 5 ton
12 Kambikorm (qarışıq yem) 2,5 ton
13 Yarma (arpa, buğda) 2 ton
14 Meyvə (alma, portağal, banan) 3 ton
15 Tərəvəz (yerkökü, çuğundur, kələm, kartof, soğan, balqabaq) 40 ton
16 Çörək (buğda) 6 ton
17 Süpürgə (çöl) 30 000 ədəd
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top