Bu gün - 12.02.2019-cu il tarixində Bəşər Əsəd rejiminə bağlı olan Suriya parlamenti 1915-ci il qondarma erməni soyqırımını tanıyan qərar qəbul edib.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, bu barədə məlumatı Suriya parlamentinin katibi Rami Saleh açıqlayıb.
Rami Saleh qeyd edib ki, 19-cu əsrin sonu - XX əsrin əvvəllərində Osmanlı İmperiyasında təkcə ermənilər deyil, bu gün Suriyada yaşayan digər xalqlar da təqib edildi.
Məlumat üçün bildirək ki, bugünə kimi aralarında ABŞ, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya və Rusiyanın da olduğu ümumilikdə 30 ölkənin parlamenti 1915-ci il hadisələrini "soyqırım" kimi qəbul edib.