Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Facebook”da bildirib.
Sabiq ölkə liderinin nəvəsi, bu addımını ailəsinin ona təzyiq göstərməsi ilə izah edib. Onun sözlərinə görə, Rusiya və Qazaxıstan hökumətləri arasında yüksək səviyyəli korrupsiya haqqında məlumata malikdir.
Qeyd edək ki, 29 yaşlı Aysultan Nazarbayev, Londonda bir polis işçisinə hücum etdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 2019-cu ilin oktyabrında 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib. Bundan başqa məhkəmənin verdiyi hökm narkotik asılılıqdan müalicəni, ictimai işlərdə çalışmağı və cəriməni nəzərdə tuturdu.
O, bütün təfərrüatları “The Times” qəzetinə müsahibəsində açıqlayacağını da qeyd edib.
A.Nazarbayev Qazaxıstanın keçmiş prezidentinin böyük qızı Dariqa Nazarbayevanın və kürəkəni, mərhum Rahat Əliyevin oğludur.
İlahə Hüseynova