10 gün əvvəl itkin düşən məktəbli tapıldı - FOTO


Zaqatalada 10 gün əvvəl itkin düşən yeniyetmə tapılıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü İmran İlqar oğlu Qardaşov Bakı şəhər ərazisindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Mazıx kənd orta məktəbinin 10-cu sinif şagirdi olan İ. Qardaşov fevralın 2-də yaşadığı evdən gedərək geri qayıtmamışdı.

DİGƏR XƏBƏRLƏR

Top