
Goranboyda əyləc sistemi sıradan çıxan yük maşını aşıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun Qarbucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
1956-cı il təvəllüdlü rayon sakini Həsənov İlqar Muradxan oğlunun idarə etdiyi gips materialı ilə dolu “Howo” markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisə avtomaşının əyləc borusunun deşilməsi nəticəsində baş verib.

Esmira Hidayətova, Goranboy