Rafiq Hüseynov ikiqat Avropa çempionu oldu


Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

82 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olub.

Avropa çempionatı

60 kq

Təsnifat. Murad Bazarov - Yakopo Sandron (İtaliya) - 2:1

1/4 final. Murad Bazarov - Gevorq Qaribyan (Ermənistan) - 0:8

Təsəlliverici görüş. Murad Bazarov - Avqustin Boyanov Spasov (Bolqarıstan) - 9:1

Bürünc medal görüşü. Murad Bazarov - Helari Maeqisalu (Estoniya) - 9:0

67 kq

Təsnifat. İslambek Dadov - Kristian İştvan Vança (Macarıstan) - 7:8

72 kq

1/8 final. Ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan) - 6:1

1/4 final. Ülvü Qənizadə - Frank Ştebler (Almaniya) - 0:8

Təsəlliverici görüş. Ülvü Qənizadə - Anatoli Popov (Moldova) - 8:0

Bürünc medal görüşü. Ülvi Qənizadə - Adam Kurak (Rusiya) - 3:1

82 kq

1/8 final. Rafiq Hüseynov - Tirone Sterkenburq (Niderland) - 8:0

1/4 final. Rafiq Hüseynov - Boqdan Kurinnoy (İsveç) - 3:2

1/2 final. Rafiq Hüseynov - Çiro Russo (İtaliya) - 7:1

FİNAL. Rafiq Hüseynov - Daniel Tixomirov Aleksandrov (Bolqarıstan)

97 kq

Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa) - 0:9

//Report

DİGƏR XƏBƏRLƏR

Top