Azərbaycanda yeni qurum yaradılacaq


Milli Arxiv İdarəsinin tabeliyində Elektron Sənədlər Mərkəzi yaradılacaq.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqrammı”nda əksini tapıb.

Sənədə əsasən, Milli Arxiv İdarəsi 2023-cü ilə qədər mövcud şəbəkə, ştat və ayrılmış vəsait çərçivəsində daimi dövlət mühafizəsinə qəbul edilən elektron sənədlərin mühafizəsi, uçotu və istifadəsi məqsədilə Milli Arxiv İdarəsinin tabeliyində Elektron Sənədlər Mərkəzinin yaradılmasına dair təkliflər hazırlamalıdır.

DİGƏR XƏBƏRLƏR

Top