BNA bu marşurutun işindən razı deyil - "əl dəyişdirəcək"

Bakıda metronun "Nəriman Nərimanov" stansiyasından Bakıxanov qəsəbəsinə və əks istiqamətdə hərəkət edən 24 saylı sərnişin avtobuslarının fəaliyyətindən narazılıq yaranıb. 

Yeniavaz.com xəbər verir ki, vətəndaşların narazılığını "report"a onlardan biri - Rəsmiyyə Abdullayeva çatdırıb. 

Sərnişinin sözlərinə görə, bu avtobuslarda xidmət səviyyəsi olduqca aşağıdır: "Mən və digərləri hər gün bu avtobusun dayanacağa gəlməsi üçün uzun müddət gözləməli oluruq. Yəni xəttə buraxılan avtobuslar arasında interval həddindən artıq böyükdür. Üstəlik avtobuslar konkret qrafiklə də hərəkət etmirlər, sanki onların fəaliyyəti tənzimlənmir. Yəni sürücülərə nə vaxt sərf edir onda işə çıxırlar və beləcə lazım olan vaxt avtobus tapılmır", - o qeyd edib. 

24 saylı marşrut xətti ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını Bakı Nəqliyyat Agentliyində də bilirlər. Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a bildirib ki, həmin xətti "Kral-Transport" MMC istismar edir, amma bu çox çəkməyəcək: "Həmin avtobuslardan gün ərzində onlarla şikayət daxil olur. Həm isitfadə olunan avtobusların texniki vəziyyəti, həm də sürücülərin peşəkarlığı tələblərə uyğun deyil. Dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılsa da, tədbirlər görülməyib. Bu səbəbdən də həmin xətt bu yaxınlarda müsabiqəyə çıxarılıb. Mövcud daşıyıcı müsabiqə şərtlərinə cavab verməsə, təbii ki, onunla müvəqqəti istismara dair imzalanmış müqaviləyə xitam veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top