ABŞ ordusu Suriya hərbçilərini vurdu

ABŞ ordusu Bəşər Əsədin tabeçiliyində olan Suriya ordusunu vurdu.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Suriyada Bəşər Əsədin əsgərləri ABŞ-a aid avtomobil kortecinin keçdiyi vaxt onlara müdaxilə etməyə çalışıblar. Bu vaxt hər iki tərəf arasında gərginlik yaşanıb və Suriya əsgərinin açdığı atəş nəticəsində bir ABŞ hərbçisi dünyasını dəyişib. Bu səbəblə ABŞ ordusuna aid qırıcı təyyarələr havaya qalxıb və Suriyanın 2 hərbi nöqtəsini vurub. Son məlumatlara görə, hücum nəticəsində biri hərbçi olmaqla iki Suriya vətəndaşı dünyasını dəyişib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top