Misirin əhalisi 100 milyonu keçdi, hökumət həyəcan içində


Misirin dövlət statistika agentliyi ölkə əhalisinin sayının 100 milyonu keçdiyini açıqlayıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Misir dövlət statistika agentliyi 2017-ci ildən bu yana ölkə nüfuzunun 7 milyon artaraq, 100 milyona çatdığını açıqlayıb. Məlumatda, insanların daha çox Nil çayı ətrafında cəmləşdiyi, paytaxt Qahirədə isə 19 milyon insan yaşadığı bildirilib. Statistikaya münasibət bildirən iqtisadiyyat naziri Hala əl-Said bunun dövlət üçün böyük çətinliklər yaradacağını, təhsil, səhiyyə və iş sahələrində geriləmə olacağını qeyd edib. Hər üç nəfərdən birinin yoxsulluqdan əziyyət çəkdiyi Misirdə yaranacaq problemlərin qarşısın almaq üçün hökumət “2 uşaq kifayətdir” kampaniyasına başlayıb.
Qeyd edək ki, ölkə prezidenti Əbdülfəttah əs-Sisi də dəfələrlə əhalinin çox olmasının terror təhlükəsi yarada biləcəyi də vurğulayıb.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top