Növbəti prezident seçkilərində Ərdoğanın rəqiblərindən biri bəlli oldu


"Gələcək Partiyası" 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərinə namizədini açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Gələcək Partiyası" liderinin köməkçisi Mustafa Nedim Yamalı Türkiyədə növbəti prezident seçkilərinə Əhməd Davudoğlunun namizədliyini verəcəyini bildirib. Mustafa Nedim verdiyi açıqlamada Türkiyədə keçirələcək növbəti prezident seçkilərinin 2023-ə qalmayacağını iddia edib. Onun sözlərinə görə, 1-1,5 il ərzində Türkiyədə yeni prezident seçkiləri keçiriləcək.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top